Gürcüstandakı zəlzələ Azərbaycanda hiss olunub

Gürcüstandakı zəlzələ Azərbaycanda hiss olunub

Gürcüstanda qeydə alınan zəlzələ Azərbaycanda hiss olunub.

Bu barədə NOCOMMENT.az-a Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib. Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, yerli vaxtla saat 10:08-də Zaqatala stansiyasından 52 km qərbdə Gürcüstan ərazisində zəlzələ qeydə alınıb.

Maqnitudası 3,8, dərinliyi 2 km olan zəlzələ Azərbaycanın yaxın yaşayış məntəqələrində zəif hiss olunub.