Həkim həyat yoldaşı tərəfindən öldürüldü

Həkim həyat yoldaşı tərəfindən öldürüldü

Türkiyənin Antalya vilayətində ailə sağlamlıq mərkəzində qadın həkimi bıçaqla öldürən həyat yoldaşı daha sonra tapança ilə intihar edib.

NOCOMMENT.az xəbər verir ki, 5 saylı Damlataş Ailə Sağlamlığı Mərkəzinə gələn Mustafa B həyat yoldaşı Həkim Mələk B ilə mübahisə etməyə başlayıb.

Mübahisənin böyüməsi üzərinə Mələk B-ni bıçaqlayan şübhəli daha sonra yanındakı tapança ilə intihar edib.

Hadisə yerinə polis və sağlamlıq qrupu cəlb olunub.

Məlumata görə Mələk B və həyat yoldaşı vəfat edib.

NOCOMMENT.AZ