İranda Məhsə Əmininin həbsi və daha sonra ölümündən sonra başlayan etirazlar davam edir.
NOCOMMENT teleqraf-a istinadən xəbər verir ki, etiraz aksiyaları 6-cı gündür gedir.
Bəzi insan haqları təşkilatları artıq aksiyalarda 31 adamın həyatını itirdiyini bildirir.
Məhsə Əmininin atası qızının sağlamlıq problemi olmadığını deyib və ölümə görə, polisin cavabdeh olduğunu bildirib.
Rəsmi IRNA xəbər agentliyi dünən Cənubi Şiraz şəhərində ciddi aksiyaların keçirildiyini, qarşıdurmaların olduğunu deyib.
Kermanşah bölgəsində isə dünən qarşıdurmada iki nəfər ölüb. Aksiyalarda əsasən qadınlar iştirak edir. Onlar etiraz olaraq yaylıqlarını çıxarır və saçlarını kəsirlər.
İran İnqilab Keçikçiləri Qvardiyası açıqlama yayaraq bildirib ki, prosesin arxasında həm ölkədə, həm də ölkə xaricindəki ünsürlər dayanır.
Açıqlamada İran xalqına dəstəyinə görə təşəkkür olunur, Əmininin ailəsi və qohumlarına başsağlığı verilir.












