Kvemo Kartlidə koronavirusa yoluxanların sayı artdı

Kvemo Kartlidə koronavirusa yoluxanların sayı artdı

Gürcüstanda azərbaycanlıların sıx yaşadıqları Kvemo Kartli bölgəsində koronavirusa yoluxanların sayı yenə artıb.

NOCOMMENT.az gürcü mətbuatına istinadən xəbər verir ki, bunu bölgə qubernatoru Şota Rexviaşvili bildirib. Onun sözlərinə görə, daha beş nəfərdə koronavirus aşkarlanıb: “Bununla da Kvemo Kartlidə virusa yoluxanların sayı 75-ə çatıb. Halların 52-si Bolnisi, 15-i Marneuli, 8-i isə Rustavi şəhərində təsdiqlənib”.

Qubernator qeyd edib ki, Bolnisidən 95 nəfərin koronavirusla bağlı analiz nümunləri laboratoriyaya göndərilib və cavablar bu günün sonunda məlum olacaq.