Marneulidə koronavirusa yoluxanların yarısı sağalıb

Marneulidə koronavirusa yoluxanların yarısı sağalıb

“Son 24 saat ərzində Marneulidə koronavirusa yeni yoluxma halı qeydə alınmayıb”.

NOCOMMENT.az gürcü mətbuatına istinadən xəbər verir ki, bu barədə rayonun icra başçısı Zaur Darğallı bildirib. O deyib ki, Marneulidə COVID-19 infeksiyasına yoluxanlaın ümumi sayı 15 nəfər təşkil edir və onların 7-si sağalıb.

Z.Darğallı Marneulidə karantin rejiminin heç bir pozuntu olmadan sakit şəraitdə keçdiyini qeyd edib.