Moskvada azərbaycanlılara hökm oxundu

Moskvada azərbaycanlılara hökm oxundu

Rusiyada Lyublinski Rayon Məhkəməsi 2020-ci ildə Moskvada ermənilər və azərbaycanlılar arasında baş vermiş davanın iştirakçıları ilə bağlı qərarını açıqlayıb.

NOCOMMENT qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə məlumatı məhkəmənin mətbuat xidməti yayıb.

“Məhkəmə xuliqanlıqda təqsirli bilinən E.Ələkbərov, B.Vəliyev, P. Həmidov, T.İsmayılov və A.Qafarovu 2 il 8 ay müddətinə azadlıqdan məhrum edib. Daha iki nəfər M.Zahidov və D.Qiyasova isə 2 il 8 ay şərti cəza təyin olunub”, – deyə məlumatda vurğulanıb.

Qeyd olunur ki, 2020-ci ilin iyulunda Qarabağda vəziyyətin gərginləşməsi fonunda Moskvada azərbaycanlılarla ermənilər arasında toqquşmalar baş verib.