Motoatıcı alayın komandiri məhv edilib – MN

Motoatıcı alayın komandiri məhv edilib – MN

Cəbhənin Xocavənd istiqamətindəki döyüşlərdə Ermənistan silahlı qüvvələrinin 37-ci atıcı diviziyasının 3-cü motoatıcı alayının mövqelərindəki yeraltı sığınacaqların atəşə tutulması nəticəsində xeyli sayda şəxsi heyət məhv edilib.

Bu barədə Müdafiə Nazirliyinin Mətbuat xidmətindən NOCOMMENT.az -a məlumat verilib.

Azərbaycan Ordusunun bu istiqamətdə həyata keçirdiyi tədbirlər nəticəsində motoatıcı alayın komandiri polkovnik Qor İşxanyan da həlak olub.