“Bu gün saat 11:00-dan etibarən İcevandan Ermənistanın layiqli vətəndaşları İrəvana yürüş edəcək. Yaxın vaxtlarda Ermənistanın digər bölgələrində də analoji yürüşlər başlayacaq. Bir neçə gündən sonra müxtəlif istiqamətlərdə İrəvana gələn soydaşlarımızla paytaxtın mərkəzində görüşəcəyik”.
NOCOMMENT teleqraf-a istinadən xəbər verir ki, bunu Ermənistan parlamentinin vitse-spikeri, daşnak deputat İşxan Saqatelyan bəyan edib.
O qeyd edib ki, bundan əvvəl İrəvanda gündəlik məlumat yürüşləri keçirəcəklər: “İlk yürüş bu gün saat 18:30-da Komitas prospektindəki Müqəddəs Xaç kilsəsində başlayır”.
Xatırladaq ki, İşxan Saqatelyan bir müddət əvvəl “Artsaxın” xilas edilməsi və hakimiyyət dəyişikliyi tələbi ilə etirazların aprelin 25-də başlayacağını bildirib.












