Paşinyanın öldürdüyü hamilə qadının şəkli YAYILDI – FOTO

Paşinyanın öldürdüyü hamilə qadının şəkli YAYILDI – FOTO

Ermənistanın baş naziri Nikol Paşinyanın kortejinin vurduğu qadının şəkli yayılıb.

NOCOMMENT xəbər verir ki, Ermənistan KİV-i kortejin vurub öldürdüyü 29 yaşlı hamilə qadının Sona Mnatsakanyan olduğunu yazıb.

Məlumata görə, xəstəxanada bətnindəki körpəsi ilə birgə ölən Sona Mnatsakanyan informasiya texnologiyaları sahəsində çalışıb və Qarabağda “Qanadlar” adlı İT layihənin  proqram rəhbəri olub.

Hadisə ötən gün İrəvanın mərkəzində Paronyan və Leo küçələrinin kəsişməsində baş verib.

Sona Mnatsakanyanı baş nazir Nikol Paşinyanın kortejini müşayiət edən “Toyota Prado” polis maşını vurub. Maşının zərərçəkənə kömək etmək üçün dayanmadığı bildirilir, amma bir müddət sonra sürücü hadisə yerinə qayıdıb.

İstintaq Komitəsi hadisəni törədən sürücünün artıq həbs olunduğunu bildirib.

Olay Ermənistanda Nikol Paşinyana qarşı başlayan etirazları dah da alovlandırıb.