Adətən əhalisinin sağlamlığı və uzunömürlülüyü ilə fəxr edən Qafqaz ərazisi də koronavirusun əsarəti altındadır. Ərazinin 3 böyük ölkəsində xüsusi karantin rejimləri elan olunsa da, yoluxma və ölüm sayı artmağa davam edir.
NOCOMMENT.az bu gün saat 12:00 üçün Qafqaz ölkələrinin statistikasını tərtib edib. Cədvəldən göründüyü kimi, ərazidə olan bütün inzibati rayonlarda yoluxma halları qeydə alınıb. Əhalinin sıx yaşadığı yerlərdə, karantin rejimlərinə məhəl qoyulmadığı regionlarda ölüm faktları da yer alıb. Xüsusilə də, Dağıstan və Çeçenistan kimi kompakt ərazi vahidlərində ölüm faktlarının çoxluq təşkil etməsi diqqətdən qaçmır..
Təqdim etdiyimiz cədvəlin sonunda Qafqazda yerləşən və heç bir ölkə tərəfindən tanınmayan qondarma ərazi vahidləri üzrə statistika da verilib. Xatırladaq ki, Qarabağda artıq 7 nəfər koronavirusa yoluxub.













