Qarabağa köçən erməni milyarder Balasanyanla görüşdü

Qarabağa köçən erməni milyarder Balasanyanla görüşdü

Rusiyadan qanunsuz olaraq Qarabağın işğal altında olan hissəsinə köçən milyarder Ruben Vardanyan bu gün erməni separatçılarının təhlükəsizlik şurasının katibi Vitali Balasanyanla görüşüb.

NOCOMMENT modern-ə istinadən xəbər verir ki, bu barədə biznesmen özünün feysbuk səhifəsində yazıb.

O qeyd edib ki, Balasanyanla müzakirə yeni regional çağırışlar şəraitində Qarabağ separatçılarının vəziyyəti ətrafında aparılıb.

“Bildirdik ki, geosiyasi proseslərə, sarsıntılara baxmayaraq, səylərimizi birləşdirsək, özümüz təhlükəsizliyimizin təmin olunmasında böyük rol oynaya biləcəyik”, – deyə Ruben Vardanyan yazıb.