Donetskdə “Pyatnaşka” terror birləşməsinin yerləşdiyi baza vurulub.
NOCOMMENT axar-a istinadən xəbər verir ki, bu barədə Luqansk vuilayət administrasiyasının rəhbəri Sergey Qayday məlumat verib.
“Hazırda Donetskin ətrafında Luqanskda döyüşən məşhur “Pyatnaşki” beynəlmiləl quldur dəstəsinin bazası yanır. Çoxlu sayda ölü və yaralı var, texnikalar məhv edilib”, – deyə Qayday bildirib.
Qeyd edək ki, “Pyatnaşka” terrorçu dəstəsinin rəhbəri məşhur terrorçu Abxaz ləqəbli Axra Avidzbadır. İkinci Qarabağ müharibəsi zamanı Avidzba Abxaziyadakı Baqramyan batalyonunun keçmiş üzvlərinin iştirakı ilə xüsusi batalyon yaradaraq Qarabağa göndərmişdi.












