Serj Sərkisyan da səs verdi

Serj Sərkisyan da səs verdi

Ermənistanın üçüncü prezidenti Serj Sərkisyan parlament seçkilərində səs verib.

NOCOMMENT.az xəbər verir ki, ardınca o, jurnalistlərin suallarını cavablandırıb.

“Mən sərhədlərimizin bütövlüyünü qoruyub saxlayan, vətəndaşlarımızın təhlükəsizliyini, hüquqlarını və milli ləyaqətini təmin edə bilən Ermənistan qalib gəlsin deyə səs verdim”, – deyə Sərkisyan bildirib.

O, həmçinin yalan və böhtanın pisləndiyi, fəal siyasi mövqeyin qiymətləndirildiyi, hakimiyyətin isə müxalifət nümayəndələrinə qarşı siyasi motivli ittihamlardan istifadə etmədiyi bir Ermənistan görmək istədiyini vurğulayıb.

Komanda yoldaşlarının həbslərinə münasibət bildirən Sərkisyan qeyd edib ki, hazırkı məqam həmin hadisələrə tam siyasi-hüquqi qiymət vermək üçün uyğun vaxt deyil.

Qeyd edək ki, bu gün Ermənistanda parlament seçkiləri keçirilir. (Globalinfo.az)