Qəbələdə dağlıq ərazi yanır

Qəbələdə dağlıq ərazi yanır

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Qəbələ rayonu, Solquca kəndi yaxınlığında mürəkkəb relyefli dağlıq ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub. 

FHN-dən NOCOMMENT.az-a verilən məlumata görə, hadisə ilə əlaqədar dərhal əraziyə Nazirliyin Şimal-qərb Regional Mərkəzinin və Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir.

Əlavə məlumat veriləcək.