Robert Köçəryan Ermənistanı tərk edib

Robert Köçəryan Ermənistanı tərk edib

Ermənistanın keçmiş prezidenti Robert Köçəryan ölkəni tərk edib.

NOCOMMENT Sputnik Armenia-ya istinadən xəbər verir ki, bu barədə onun ofisinin koordinatoru Baqrat Mikoyan bildirib.

Onun ölkədən çıxmasına məhkəmənin icazə verdiyi qeyd olunub: “Köçəryan avqustun 29-dək Ermənistandan kənarda qalacaq. Vəkillər qrupu növbəti məhkəmə iclasının sentyabrın 20-nə təyin edildiyini nəzərə alaraq, müvafiq icazə almaq üçün məhkəməyə müraciət edib. Məhkəmə onun avqustun 22-dən 29-na kimi ölkədən çıxmasına icazə verib”.

Mikoyan Köçəryanın konkret hara getdiyini açıqlamayıb, çünki səfər rəsmi deyil, şəxsi məqsəd daşıyır. Lakin o, ikinci prezidentin Rusiyaya getməsi ilə bağlı məlumatı təkzib edib.