Rus oliqarxlar niyə öldürülür? – Şok faktlar

Rus oliqarxlar niyə öldürülür? – Şok faktlar

Rusiya Prezidenti Vladimir Putinə yaxınlığı ilə tanınan multimilyonçu Vladislav Avayevdən sonra rusiyalı oliqarx Sergey Protosenyanın İspaniyadakı evində həyat yoldaşı və qızı ilə ölümünün əks-sədaları davam edir. Protoseniyanın oğlu hadisədən sonra ilk dəfə danışıb və ailəsinin öldürülmüş ola biləcəyini iddia edib.

NOCOMMENT teleqraf-a istinadən xəbər verir ki, Rusiyanın Ukraynanı işğalının ikinci ayı arxada qalarkən, rus oliqarxlarının müəmmalı ölümləri beynəlxalq mətbuatda gündəm olmaqda davam edir.

Rusiyalı milyarder Sergey Protosenya keçən həftə həyat yoldaşı və qızı ilə birlikdə İspaniyadakı evində ölü tapılıb. Rusiyalı oliqarxın cəsədinin yanında bıçaq və balta olduğu açıqlanıb.

Şəxsi sərvəti 433 milyon dolları keçən Protosenya Qazprombank ilə sıx əlaqələri olan təbii qaz şirkəti Novatekin keçmiş vitse-prezidenti olub.

İspan polisi oliqarxın evində heç bir intihar məktubu olmadığını desə də, Protoseniyanın həyat yoldaşını və qızını öldürdükdən sonra intihar edə biləcəyindən şübhələnir.

Lakin rusiyalı oliqarxın oğlu atasının qətli törətdikdən sonra intihar etməsini təkzib edib və Protoseniyanın qətlin qurbanı olduğunu iddia edib.

Fedor Protosenya atasının həyat yoldaşına və qızına heç vaxt zərər verə bilməyəcəyini deyib, ailəsinin öldürüldüyünü qeyd edib.

Fedor Britaniyanın “Daily Mail” qəzetinə deyib: “Mənim atam qatil deyil”.

Protosenyanın intihar qeydi buraxmadığı, istifadə edilən balta və bıçaqda heç bir barmaq izinə rast gəlinmədiyi açıqlanıb.

22 yaşlı kollec tələbəsi Fedor Pasxa bayramını Fransanın Bordo şəhərindəki ailə evində keçirərkən atasının yanında olmadığını açıqlayıb.

Gənc deyib: “O, anamı və xüsusən də bacım Mariyanı sevirdi. Bacım onun şahzadəsi idi. Onlara zərər verəcək heç nə edə bilməzdi. O gecə nə baş verdiyini bilmirəm, amma bilirəm ki, atam onları incitməyib”.

Fedor polisin ona məsələ ilə bağlı çox təfərrüat verməməsi üçün xəbərdarlıq etdiyini də vurğulayıb.