Rusiya cəbhə xəttinin bütün istiqamətlərində hücuma keçib

Rusiya cəbhə xəttinin bütün istiqamətlərində hücuma keçib

“Rusiya işğalçıları Ukraynada cəbhə xəttinin bütün istiqamətlərində hücuma keçib”.

NOCOMMENT yerli mətbuata istinadən xəbər verir ki, bunu Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Oleksiy Arestoviç deyib.

Arestoviç rusların bu qərarını qəribə adlandırıb: “Düşünməyə başlayıram, bəlkə Xristo Qrozev (araşdırmaçı jurnalist) doğrudan da haqlıdır, Vladimir Vladimiroviç bütün əməliyyatları şəxsən idarə etmək qərarına gəlib? Hərbi nöqteyi-nəzərdən bu, ən böyük axmaqlıqdır, amma həqiqətən də hər yerə hücum etməyə çalışırlar”, – o, Mark Feyqinə müsahibəsində bildirib.