Rusiyada məktəbdə atışma: Ondan çox ölü var

Rusiyada məktəbdə atışma: Ondan çox ölü var

Rusiyanın İjevsk şəhərində yerləşən 88 saylı məktəbdə atışma olub.

NOCOMMENT rus mətbuatına istinadən xəbər verir ki, hadisə yerinə təcili tibbi yardım briqadaları göndərilib.

Udmurtiyanın rəhbəri Aleksandr Breçalov hadisə yerinə gəlib.

Məktəbdə baş vermiş atışma nəticəsində ölənlərin sayı 7-si uşaq olmaqla 13 nəfərə çatıb.

Rusiya İstintaq Komitəsinin yaydığı məlumata görə, hadisəni tərədən şəxs özünü öldürüb..

Bildirilib ki, 14-ü uşaq olmaqla daha 21 nəfər yaralanıb, regionda matəm elan edilib.