Son dəqiqə: Rusiyada uşaq bağçasında gülləbaran

Son dəqiqə: Rusiyada uşaq bağçasında gülləbaran

Rusiyanın Ulyanovsk vilayətində naməlum şəxs uşaq bağçasında iki uşağı və dayəni öldürüb, sonra isə intihar edib.

NOCOMMENT rus mətbuatına istinadən xəbər verir ki, naməlum şəxs bağçaya daxil olub və “İJ-27” tüfəngi ilə atəş açmağa başlayıb.

Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerində işləyir, cinayətin motivi araşdırılır.