Şoyqu: Rusiya Şimal donanmasını gücləndirir

Şoyqu: Rusiya Şimal donanmasını gücləndirir

2022-ci ildə Şimal donanmasının sahil qoşunlarının döyüş potensialı 1,5 dəfə artırılacaq.

NOCOMMENT axar.az-a istinadən xəbər verir ki, bu barədə Rusiya müdafiə naziri Sergey Şoyqu deyib.

Onun sözlərinə görə, Müdafiə Nazirliyi Şimal donanması qüvvələrinin döyüş qabiliyyətinin artırılmasını davam etdirəcək.

“Bu planların həyata keçirilməsi 14-cü ordu korpusunun döyüş qabiliyyətini mərhələli şəkildə artırmağa, sahil qoşunlarının döyüş potensialını təxminən 1.5 dəfə gücləndirməyə, ölkənin şimal sərhədlərinin etibarlı müdafiəsini və suverenliyini təmin etməyə imkan verəcək”, – deyə Şoyqu bildirib.