Ermənistanda mövcud hakimiyyət əleyhinə yeni milli hərəkat yaradılır.
NOCOMMENT yenisabah-a istinadən xəbər verir ki, bu barədə Ermənistan müdafiə nazirinin keçmiş müavini Artak Zakaryan özünün feysbuk səhifəsində yazıb.
O, hərəkatın “STOP Nikol” xalq müqavimət hərəkatı adlandığını qeyd edib.
“Erməni dünyası öz namusunu, təhlükəsizliyini, dinc dövlətçiliyini bərpa edəcək. “Artsax” və Ermənistan dövlətin möhkəmləndirilməsi, hərbi-siyasi mövqelərin bərpası və Artsaxın inteqrasiyasının əsl yolunu yenidən kəşf edəcəklər”, – deyə Zakaryan bəyanatında qeyd edib.












