Türkiyənin Mardin vilayətinin Derik rayonunda ağır yol qəzası baş verib.
NOCOMMENT.az xəbər verir ki, əyləci partlayan qoşqulu yük maşını əvvəlcə avtomobillərə çırpılıb, daha sonra yol kənarında olan insanların üzərindən keçib.
İlkin məlumata görə, qəzada 10 nəfər həyatını itirib, çoxlu sayda yaralı var. Səhiyyə naziri Fahrettin Koca qəzada ölənlərin sayının 19-a yüksəldiyini açıqlayıb.
Qeyd edək ki, bu gün Türkiyənin Qaziantep şəhərində də ağır yol nəqliyyat hadisəsi yaşanıb. Hadisə nəticəsində azı 16 nəfər ölüb, 22 nəfər isə yaralanıb.













