Vahid Ələkbərov “Lukoyl”un rəhbərliyindən niyə ayrılıb? – Açıqladı

Vahid Ələkbərov “Lukoyl”un rəhbərliyindən niyə ayrılıb? – Açıqladı

“Lukoyl”un sabiq rəhbəri Vahid Ələkbərov vəzifəsini tərk etməsinin səbəbini açıqlayıb.

NOCOMMENT.az TASS-a istinadən xəbər verir ki, iş adamı Böyük Britaniya və Avstraliyanın fərdi sanksiyalarının “Lukoyl”un işinə mane olduğunu və məhz buna görə şirkət rəhbərliyini tərk etdiyini bildirib.

Vahid Ələkbərov qeyd edib ki, Rusiyadan getmək fikri yoxdur.
O, bundan sonra sosial layihələrlə məşğul olmağa davam edəcəyini açıqlayıb.