Zelenski azad olunan ərazilərin sayını AÇIQLADI

Zelenski azad olunan ərazilərin sayını AÇIQLADI

“Ukrayna Silahlı Qüvvələri bu günə qədər 934 yaşayış məntəqəsini rusiyalı hərbçilərdən azad edib”.

NOCOMMENT modern.az-a istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski deyib.

Onun sözlərinə görə, həmin ərazilərdən 435-də polis, 431-də yerli idarəetmə orqanları xidmətə başlayıb. Zelenski qeyd edib ki, azad edilən bölgələrdə həyat normal qaydasına geri dönməyə davam edir.