Xəbər verdiyimiz kimi Azərbaycanda TURKOVAC vaksininin üçüncü faza kliniki sınaqlarına başlanılıb.
NOCOMMENT.az xəbər verir ki, Bakı Sağlamlıq Mərkəzinin icraçı direktoru Asiman Həsənov kliniki sınaqlar haqqında ətraflı məlumat verib.
Pandemiya və vaksinasiya tədbirlərində dövlət başçısının qayğısı nəticəsində Azərbaycanın inkişaf etmiş ölkələrlə birgə ön sıralarda olduğunu bildirən Asiman Həsənov bu sahədə kifayət qədər ciddi işlər görüldüyünü qeyd edib. O bu sahədə əldə olunan nəticələrin göz önündə olduğunu vurğulayaraq ölkədə 4 növ vaksindən istifadə olunduğunu, hətta kliniki sınaqların da keçirildiyini xüsusi vurğulayıb.
“Azərbaycanda 2021-ci ildə bir kliniki sınaq aparılmışdır. İndi isə dost ölkə Türkiyə Cümhuriyyəti Aşı İnstitutunda istehsal edilmiş TURKOVAC vaksininin klinik sınaqları ilə bağlı Ərhan Akdoğan ilə müqavilə imzaladıq. Bu müqavilə ilə kliniki sınaqların başlanmasına start verildi.”- icraçı direktor bildirib.











