Bakı Sağlamlıq Mərkəzində konfrans keçirildi

Bakı Sağlamlıq Mərkəzində konfrans keçirildi

Bakı Sağlamlıq Mərkəzində “Torakolumbar onurğa travmaları” adlı konfrans keçirilib.

NOCOMMENT.az xəbər verir ki, mərkəzin icraçı direktoru Asiman Həsənovun açılış nitqi ilə başlayan konfransda mərkəzin neyrocərrahı Səbuhi Etibarlı “Torakolumbar onurğa travmaları” mövzusundan çıxış edib.

Neyrocərrah, t.ü.f.d., Rafael Bayramovun moderatorluğu ilə konfrans boyunca həkimlərlə müzakirələr aparılaraq verilən suallar cavablandırılıb.

Konfransdan görüntüləri Sizlərə təqdim edirik.