ABŞ səfiri: Ümid edirik ki, Azərbaycan və Ermənistan liderlərinin görüşü irəli addım olacaq

ABŞ səfiri: Ümid edirik ki, Azərbaycan və Ermənistan liderlərinin görüşü irəli addım olacaq

“ABŞ Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşmasına yönəlmiş əlaqələri dəstəkləyir”.

NOCOMMENT report-a istinadən xəbər verir ki, bunu ABŞ-ın Azərbaycandakı səfiri Li Litzenberger Azərbaycan və Ermənistan liderlərinin dekabrın 15-də Brüsseldə keçiriləcək “Şərq Tərəfdaşlığı” sammiti çərçivəsində gözlənilən görüşünü şərh edərkən bildirib.

“Bu görüş haqqında xəbəri görmək mənə xoş oldu. ABŞ iki ölkə liderlərinin təkbətək görüşünün baş tutması üçün inadla səy göstərdi. Ümid edirəm ki, bu görüş iki ölkə arasında münasibətlərin normallaşması istiqamətində irəli atılmış addım olacaq”, – deyə səfir bildirib.

O ABŞ-ın ölkələrlə birbaşa əlaqələrin qurulmasını dəstəklədiyini qeyd edib: “Bu iradəni alqışlayır və tərəflərin bundan istifadə edəcəyinə ümid edirik”.