Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov, Rusiyanın XİN başçısı Sergey Lavrov və ermənistanlı həmkarı Ararat Mirzoyan arasında görüş keçirilir.
NOCOMMENT xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova teleqram kanalında məlumat paylaşıb.
Qeyd edək ki, görüş Tacikistanın paytaxtı Düşənbədə keçirilən MDB XİN başçıları Şurasının toplantısı çərçivəsində keçirilir.












