Ermənistanın Baş naziri Paşinyanla görüşdük. Artıq bizim xüsusi nümayəndələrimiz vasitəsilə danışıqlar davam etdirilir.
NOCOMMENT axar-a istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan söyləyib.
“Onunla görüşümüzü səmimi şəraitdə keçirdik. Bu görüşdə bəzi tələblər irəli sürüldü. Biz bu tələbləri xüsusi nümayəndələrimizə, nazirlərimizə çatdırdıq. Danışıqlar baş tutduqdan sonra biz lazımi addımları atacağıq”, – deyə Ərdoğan bildirib.












