Ərdoğan Putinə zəng etdi

Ərdoğan Putinə zəng etdi

Türkiyə və Rusiya Prezidentləri Rəcəb Tayyib Ərdoğanla Vladimir Putin arasında telefon danışığı baş tutub.

NOCOMMENT xəbər verir ki, bu barədə məlumatı Türkiyə Prezident Administrasiyası yayıb. Ərdoğan həmkarını doğum günü münasibəti ilə təbrik edib.

Söhbət zamanı liderlər iki ölkə arasındakı münasibətlərlə yanaşı, Rusiya-Ukrayna müharibəsinə dair məsələləri də müzakirə ediblər.