Ermənistan və Azərbaycan ərazi bütövlüyünü qarşılıqlı olaraq tanıyıb – Paşinyan

Ermənistan və Azərbaycan ərazi bütövlüyünü qarşılıqlı olaraq tanıyıb – Paşinyan

Ermənistan və Azərbaycan MDB çərçivəsində ərazi bütövlüyünü qarşılıqlı olaraq tanıyıb.

NOCOMMENT.az “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan “Facebook” səhifəsində jurnalistlərin suallarını cavablandırarkən deyib.
O bildirib ki, sərhədin demarkasiyası və delimitasiyası, kommunikasiyaların açılması ayrı-ayrı məsələlərdir və müxtəlif müzakirə üsulları tələb edir.

Ərazi bütövlüyü məsələsinə toxunan Paşinyan qeyd edib ki, 1991-ci ildə Ermənistan və Azərbaycan MDB-nin yaradılması prosesində iştirak ediblər və bəyannamə və dövlətlərarası saziş imzalayaraq ərazi bütövlüyünü qarşılıqlı şəkildə tanıyıblar.
unikal.org