Ermənistanın xarici işlər naziri də İsveçə gedəcək

Ermənistanın xarici işlər naziri də İsveçə gedəcək

Ermənistan xarici işlər naziri Ararat Mirzoyan bu gün İsveçə işgüzar səfərə yollanacaq.

NOCOMMENT Sputnik Armenia-ya istinadən xəbər verir ki, bunu nazirliyin mətbuat katibi Vaan Unanyan feysbukda məlumat paylaşıb.

O, dekabrın 1-dən 3-dək ATƏT xarici işlər nazirlərinin Stokholmda keçiriləcək iclasında iştirak edəcək.

A.Mirzoyanın ikitərəfli görüşlər keçirəcəyi də gözlənilir.