Nikol Paşinyan Praqadan birbaşa Rusiyaya getdi

Nikol Paşinyan Praqadan birbaşa Rusiyaya getdi

Ermənistanın Baş naziri Nikol Paşinyan Çexiya paytaxtı Praqadan MDB liderlərinin qeyri-rəsmi zirvə toplantısında iştirak etmək üçün Rusiyanın Sankt-Peterburq şəhərinə yola düşüb.

NOCOMMENT Sputnik Armenia-ya istinadən xəbər verir ki, o, Rusiyanın şimal paytaxtına Praqada keçirilən Avropa Siyasi Birliyinin sammiti başa çatandan sonra yollanıb.

Qeyd edək ki, sonuncu qeyri-rəsmi zirvə toplantısı 2021-ci il dekabrın 28-də Sankt-Peterburqda keçirilmişdi.

Xatırladaq ki, oktyabrın 6-da Praqada Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Ermənistanın Baş naziri Nikol Paşinyan və Fransa Prezidenti Emmanuel Makronun iştirakı ilə dördtərəfli görüş keçirilib.