Putin Ermənistana gəlir: Səfərə hazırlıq gedir

Putin Ermənistana gəlir: Səfərə hazırlıq gedir

Rusiya Prezidenti Vladimir Putin ilin sonunda, təxminən oktyabr-dekabr aylarında Ermənistana gələ bilər, təfərrüatlar, o cümlədən dəqiq tarixlər üzərində iş gedir.

NOCOMMENT teleqraf-a istinadən xəbər verir ki, bunu Ermənistan Xarici işlər naziri Ararat Mirzoyan deyib.

“Gündəliyimizdə Rusiya Prezidenti Vladimir Putinin ölkəmizə səfərinin təşkili məsələsi var. Mümkündür ki, bu, ilin ikinci yarısında – oktyabrdan dekabr ayına kimi baş versin. Təbii ki, tarixlə bağlı razılaşacağıq”, – deyə Mirzoyan qeyd edib.