Salyan rayonunun Kolanı kənd sakini itkin düşüb.
DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan NOCOMMENT.az-a verilən məlumata görə, itkin düşən 38 yaşlı Müslüm Xəlilov 2021-ci ilin sentyabr ayının 3-də yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.
Müslüm Xəlilovun əlamətləri belədir: boyu 174 sm., arıq bədən quruluşlu, saçlarının rəngi qaradır.













