Ağsu rayonunda intihar hadisəsi baş verib.
NOCOMMENT apa-ya istinadən xəbər verir ki, hadisə bu gün səhər saatlarında Ağsu şəhərinin Natavan küçəsi, 67 ünvanında yerləşən mənzildə qeydə alınıb.
Rayon sakini, 1967-ci il təvəllüdlü Qurbanov Siyavuş Vəzir oğlu yaşadığı evdə özünü kəndirlə asıb. Ailə üzvləri hadisədən gec xəbər tutduğu üçün onun həyatını xilas etmək mümkün olmayıb.
S.Qurbanovun özünə qəsd etməsinin səbəbi hələ ki məlum deyil. Faktla bağlı Ağsu rayon prokurorluğu tərəfindən araşdırma aparılır.












