Aygün Kazımovadan şok etiraf: Çox çətin günlərim olub

Aygün Kazımovadan şok etiraf: Çox çətin günlərim olub

Xalq artisti Aygün Kazımova “ATV səhər” verilişində etirafı ilə diqqət çəkib.

NOCOMMENT teleqraf- istinadən xəbər verir ki, Aygün Kazımova bu sözləri deyib:

“Tamaşaçı kütləm məni sevməyəni sevə bilməz. Bunu dəfələrlə müşahidə etmişəm. Hətta mənə görə, əlbəyaxa dava edən fanatlarım olub. Mənə yazır ki, Aygün xanım dava etdim, dözə bilmədim. Cavab verirəm ki, axı, niyə dava edirsən?! Ən böyük fanat qrupu “Aygün fan klub”dur”.

51 yaşlı xalq artisti yaş kompleksi yaşamadığını da etiraf edib: “Yaş kompleksim yoxdur. Sənətin yaşı sonsuzdur. Sənətkar da sənətlə məşğuldursa, onun da yaşı yoxdur”.