Bəxtiyar Hacıyevin vəkili: Aclığı dayandırmayıb

Bəxtiyar Hacıyevin vəkili: Aclığı dayandırmayıb

İctimai fəal Bəxtiyar Hacıyevin vəkili Aqil Layıc onun həbsdə aclıq askiyasını dayandırmadığını bildirib.

NOCOMMENT xəbər verir ki, o, bu barədə sosial şəbəkə hesabında məlumat paylaşıb.

“Bəxtiyar Hacıyev ilə görüşdüm, özü qəti olaraq aclıq aksiyasının dayandırılması xəbərlərini təkzib etdi. Dedi ki, mətbuatda gedən informasiyalar reallığı əks etdirmir, qəti şəkildə reallığın təhrifidir. Təəssüf olsun ki, bu gün də aclığı dayandırma yönündə onu qane edə bilmədim”, – deyə vəkil bildirib.