Bu dəfə Ucarda məktəbli qız ərə verildi

Bu dəfə Ucarda məktəbli qız ərə verildi

Ucar rayonunda yetkinlik yaşına çatmayan qızın toy mərasimi olub.

NOCOMMENT report-a istinadən xəbər verir ki, toy dekabrın 17-də rayonun Qaracallı kəndində təşkil edilib.

Kənd sakini 16 yaşlı qız (yetkinlik yaşına çatmadığı üçün adı göstərilmir) həmkəndlisi Qəribxan Lətifova ərə verilib. Bir həftə əvvəl cütlüyün qız toyu olub.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupunun baş inspektoru, polis kapitanı Nizam Həmidov bildirib ki, toy məclisi ilə bağlı artıq Ucar Rayon Polis Şöbəsində araşdırmalara başlanılıb.

Aparılan araşdırmaların nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək.