Azərbaycan hüquq-mühafizə orqanları külli miqdarda dələduzluqda təqsirləndirilən şəxsi beynəlxalq axtarışa verib.
NOCOMMENT apa-ya istinadən xəbər verir ki, bu barədə İntepolun saytında məlumat qeyd olunub.
Bildirilib ki, Azərbaycan vətəndaşı, 1979-cu ildə anadan olan Yusif Əliyev külli miqdarda dələduzluqda və sağlamlığa ağır zərər vurma əməllərində təqsirləndirilir.
Onun barəsində məhkəmə tərəfindən qiyabi həbs qətimkan tədbiri seçilib və saxlanılması üçün İnterpola müraciət edilib.












