Cəlilabad rayonunda ağır yol qəzası baş verib.
NOCOMMENT report-a istinadən xəbər verir ki, qəza rayonun Təzəkənd kəndi ərazisində qeydə alınıb.
Hadisə zamanı “VAZ 2107” və “VAZ 2106” minik avtomobilləri toqquşub. Qəza nəticəsində Salayev Murad Fazil oğlu hadisə yerində ölüb, üç nəfər isə yaralanıb.
Yaralılardan Salayev Rəhman Şamil oğl Cəlilabad rayon Mərkəzi Xəstəxanasına, Əzimov Cavidan Həbib oğlu və Salahzadə Həsən Yalçın oğlu isə Biləsuvar rayon Mərkəzi Xəstəxanasına aparılıb.
Faktla bağlı araşdırma aparılır.












