Daxili İşlər Nazirliyi İsmayıllı rayonunda yerli turistlərə təzyiq edilməsi ilə bağlı yayılan görüntülərə münasibət bildirib.
NOCOMMENT xəbər verir ki, DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan oxu.az-ın sorğusuna cavab olaraq bildirilib ki, məsələ ilə bağlı İsmayıllı Rayon Polis Şöbəsinə hər hansı bir müraciət daxil olmayıb: “Ancaq yayılan videogörüntülərdə sözlü mübahisə edən yerli sakinlərlə profilaktik söhbət aparılıb”.












