Ötən gündən bu foto sosial şəbəkələrdə paylaşılır. Hər kəs Sovet gerbinin üzərinə qalxıb, bayrağımızı sancan şəxsin kimliyi ilə maraqlanır.
NOCOMMENT xəbər verir ki, bu barədə axar-a danışan keçmiş hərbçi Nurəddin İsmayılov bildirib ki, 1991-ci ildə Azərbaycanın üçrəngli bayrağını Hökumət evinin divarına sancan şəxs AXC Müdafiə Komitəsinin üzvü Tələt Əlizadədir.
“1991-ci ildə Tələt Müstəqilliyin Bərpası haqqında Konstitusiya Aktı qəbul ediləndən sonra Hökumət evinin divarına vurulmuş dövlət gerbinin üstünə bayrağımızı sancdı.













