İntim videoları ilə şantaj olunduğu üçün intihar edən qızla bağlı RƏSMİ AÇIQLAMA

İntim videoları ilə şantaj olunduğu üçün intihar edən qızla bağlı RƏSMİ AÇIQLAMA

Bəzi kütləvi informasiya vasitələri və sosial media səhifələrində paytaxtın Yasamal rayon sakini 2003-cü il təvəllüdlü Fidan Nəftəliyevanın çoxmərtəbəli yaşayış binasından özünü ataraq intihar etməsi barədə məlumatlar yayılıb.

Yasamal Rayon Prokurorluğundan NOCOMMENT-ə verilən məlumata görə, noyabrın 27-si saat 15:00 radələrində Fidan Nəftəliyevanın yaşadığı binanın 10-cu mərtəbəsindən özünü ataraq intihar etməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 125 (özünü öldürmə həddinə çatdırma) və 242-ci (pornoqrafik materialları və ya əşyaları qanunsuz yayma) maddələri ilə cinayət işi başlanıb.

Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.

Qeyd edək ki, 18 yaşlı Fidan Niftəliyeva açıq-saçıq videoları ilə şantaj edilirmiş. Məlumata görə, “18+” kateqoriyasından olan videolar sosial şəbəkələrin birinin qrupunda paylaşılıb.