İşdən çıxarılan icra başçısını kim əvəz edir?

İşdən çıxarılan icra başçısını kim əvəz edir?

Prezident İlham Əliyevin yanvarın 30-da imzaladığı sərəncamla Süleyman Mikayılov Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.
Bəs hazırda İcra Hakimiyyətinə kim rəhbərlik edir?
NOCOMMENT.az-ın  məlumata görə, icra başçısının səlahiyyətləri müvəqqəti olaraq birinci müavin Emil Abbasova keçib.
Xatırladaq ki, icra başçısı vəzifəsindən azad edilən Süleyman Mikayılov 16 il idi ki, Qaradağ rayonuna rəhbərlik edirdi.//Lent.az