Laçında Azərbaycanın iki hərbçisi minaya düşüb.
Bu barədə NOCOMMENT-ə Qubadlı Hərbi Prokurorluğundan məlumat verilib.
“Müdafiə Nazirliyinin hərbi qulluqçuları Vüqar Süleymanovun avqustun 20-də, Heydər Gülmalıyevin isə avqustun 21-də işğaldan azad olunmuş Laçın rayonunun ərazisində minaya düşmələri nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri almaları ilə bağlı Qubadlı Hərbi Prokurorluğunda araşdırma aparılır”, – deyə məlumatda bildirilib.












