Milyon yarımlıq dələduzluqda ittiham edilən qadın sahibkar yenidən hakim qarşısına çıxarılır

Milyon yarımlıq dələduzluqda ittiham edilən qadın sahibkar yenidən hakim qarşısına çıxarılır

Bakıda dələduzluqda təqsirləndirilən “Daniz Travel” MMC-nin direktoru Azadə Səfərova barəsində olan apellyasiya şikayəti verib.

NOCOMMENT pravda-ya istinadən xəbər verir ki, hökmdən narazı qalan qadın Bakı Apellyasiya Məhkəməsinə müraciət edib.

Şikayət hakim Şahin Yusifovun sədrliyi ilə araşdırılacaq.

Məhkəmənin ilkin baxış iclası dekabrın 20-nə təyin edilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, Azadə Səfərova 9 il müddətinə azadlıqdan məhrum edilib.