Mirzoyan Stoltenberqlə Laçın yolundakı vəziyyəti müzakirə etdi

Mirzoyan Stoltenberqlə Laçın yolundakı vəziyyəti müzakirə etdi

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan NATO Baş katibi Yens Stoltenberqlə görüşüb.

NOCOMMENT.az xəbər verir ki, görüş Brüsseldə baş tutub.

Görüş zamanı Ermənistan-NATO arasında əməkdaşlıq, regional məsələlər, o cümlədən Ermənistan-Türkiyə münasibətlərinin normallaşdırılması prosesi müzakirə olunub.

Mirzoyan və Yens Stoltenberq Laçın yolundakı vəziyyətə də toxunublar.