Müəllimlərin vəzifə maaşlarına əlavələr təsdiqləndi – MƏBLƏĞ

Müəllimlərin vəzifə maaşlarına əlavələr təsdiqləndi – MƏBLƏĞ

Nazirlər Kabineti “Dövlət ümumi təhsil müəssisələrinin direktor və direktor müavinlərinin (təhsilalanların sayına görə) və həmin müəssisələrin (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrinin) təhsilverənlərinin (sertifikatlaşdırmanın nəticəsinə görə) vəzifə maaşlarına aylıqəlavələrin təsdiq edilməsi haqqında” qərar verib.

NOCOMMENT xəbər verir ki, qərara əsasən, “Dövlət ümumi təhsil müəssisələrinin direktor və direktor müavinlərinin (təhsilalanların sayına görə) vəzifə maaşlarına aylıq əlavələr” və “Dövlət ümumi təhsil müəssisələrinin (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrinin) təhsilverənlərinin (sertifikatlaşdırmanın nəticəsinə görə) vəzifə maaşlarına aylıq əlavələr” təsdiqlənib.

Qərar 2022-ci il sentyabrın 1-dən qüvvəyə minir.

Dövlət ümumi təhsil müəssisələrinin (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrinin) təhsilverənlərinin (sertifikatlaşdırmanın nəticəsinə görə) vəzifə maaşlarına aylıq əlavələr

 

Sertifikatlaşdırmanın nəticəsi üzrə Dövlət ümumi təhsil müəssisələrində tədris edilən dərs saatına görə (faizlə)
keçid balını toplayıb sertifikat- laşdırmanın test mərhələsində 50 baldan yuxarı bal toplamış təhsilverənlərə 35
keçid balını toplamış digər təhsilverənlərə 10