Oğuzda məktəbli dərs zamanı ölüb

Oğuzda məktəbli dərs zamanı ölüb

Oğuz rayonunda məktəbli dərs zamanı ölüb.

NOCOMMENT report-a istinadən xəbər verir ki, hadisə rayonun Çaldaş kənd tam orta məktəbində baş verib.

Həmin məktəbin 11-ci sinif şagirdi 2006-cı il təvəllüdlü Zarina Əhməd qızı Əzizovanın idman dərsi zamanı qəfildən halı pisləşib və vəfat edib.

İlkin ehtimala görə, məktəblinin ölümünə səbəb ürəktutması olub.

Faktla bağlı araşdırma aparılır.